![]() |
|
||||||
|
Job 21:27 Bilirəm nə fikirdəsiniz, Qəsdiniz mənə qarşı olmaqdır. 30 Pis insan fəlakət günündə sağ qalır, Qəzəb günü yol göstərilərək qurtulur. |
|
Isaiah 1:16 Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, Pislik etməkdən vaz keçin. 1:18 Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq. |
|
Isaiah 59:2 Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir. James 4:8 Allaha yaxınlaşın, O da sizə yaxınlaşar. Ey günahkarlar, əllərinizi təmizləyin! Ey mütərəddidlər, ürəklərinizi saflaşdırın! |
|
Matthew 7:13 Dar qapıdan girin; çünki həlaka aparan qapı geniş və yol enlidir; və ondan girənlər çoxdur. 14 Çünki həyata aparan qapı dar və yol ensizdir və onu tapanlar azdır. |
|
Matthew 24:37 Nuhun günləri necə idisə, İnsan Oğ;lunun gəlişi də elə olacaqdır. 38 Çünki Nuhun gəmiyə girdiyi günə qədər, tufandan əvvəlki günlərdə, insanlar yeyib, içib, evlənib, ərə gedirdilər. 39 Və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə, İnsan Oğ;lunun gəlişi də bu cür olacaqdır. |
|
Mark 8:36 İnsan bütün dünyaya yiyələnib öz canını itirərsə, ona nə fayda olur? 37 Yaxud insan öz canı əvəzinə nə verə bilər? 38 Ona görə ki, bu vəfasız və günahkar nəsil içində kim Məndən və Mənim sözlərimdən utanarsa, İnsan Oğ;lu da Atasının ehtişamı ilə müqəddəs mələklərlə gəldiyi zaman, o şəxsdən utanacaqdır. |
|
Luke 13:24 «Dar qapıdan girməyə çalışın, çünki sizə deyirəm ki, çoxları girmək istəyəcəklər, ancaq bacarmayacaqlar. 25 Ev Sahibi durub qapını bağ;layanda siz bayırda dayanıb qapını döyməyə başlayacaq və deyəcəksiniz: "Ya Rəbb! Ya Rəbb! Bizə aç!" Lakin O sizə cavabında deyəcək: "Sizi tanımıram, haradansınız." |
|
John 1:12 Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə Allahın oğ;ulları olmaq haqqını verdi. 3:36 Oğ;ula iman edənin əbədi həyatı vardır; lakin Oğ;ula itaət etməyən, həyat görməyəcəkdir, Allahın qəzəbi onun üzərində qalacaqdır. |
|
John 3:16 Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğ;lunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun. Acts 4:12 Və başqa heç kimdə xilas yoxdur; çünki səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək.» |
|
1 Corinthians 1:18 Çünki çarmıx barədəki təbliğ; həlak olanlar üçün ağ;ılsızlıq, xilas olan bizlər üçün isə Allahın qüdrətidir. 21 Çünki dünya Allahın hikmətinə görə öz müdrikliyi ilə Allahı tanımadığ;ı üçün Allah iman edənləri təbliğ;in ağ;ılsızlığ;ı ilə qurtarmağ;a razı oldu. |
|
James 2:19 İman edirsənmi ki, Allah birdir? Yaxşı edirsən; cinlər də iman edir və titrəyirlər! 1 Peter 4:18 Əgər saleh güc-bəla ilə xilas olursa, allahsızın və günahkarın aqibəti necə olacaq? |
|
Matthew 11:28 Ey bütün yorğ;unlar və yükləri ağ;ır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Revelation 22:17 Ruh və gəlin də deyirlər: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün. |